Yayım jurnalistikası
Yayım jurnalistikası — Köhnə metodlarla “yayımlanan” medianın əvəzinə müasir üsullar ilə translyasiya olunan qəzet və afişalar kimi xəbərlər və jurnallar sahəsidir. Yayım metodlarına radio (hava, kabel və İnternet vasitəsilə), televiziya (hava, kabel və İnternet vasitəsilə) və İnternet daxildir. Belə media şəkillər (statik və hərəkətli), vizual mətn və səslər vasitəsilə yayılır.
Yayımlanan məqalələr “paketlər”, “oxucular”, “səsləri” (VO) və “lentdəki səs” (SOT) şəklində yazıla bilər.
“Xülasə" xəbərlərin ümumi və qısa icmalı üçün düzəldilmiş bir video çarxdır və əsasən televiziyada işlədilir.Reortyor tərəfindən təqdim olunur. Səs, video,qrafika və effektlərdən istifadə olunur.
"Qiraətçi" - video və ya səslə müşayiət olunmadan məqalə oxuyan şəxsə deyilir. Bəzən "ekranda rəqəmsal qrafik”-də təsvir olunur.
Voice-over ya da VO, aparıcı tərəfindən təqdim edilən səsli və görüntülü yayımdır.
Sound on tape ya da SOT, müsahibə səsidir.Ümumi bir müsahibəni və ya bir neçə müsahibənin önəmli hissələrini təşkil edir
Radio yayım jurnalistikası üçün ilk vasitə idi.